AZ

Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Aktau şəhərində qəzaya uğrayan Embraer 190 sərnişin təyyarəsinin qara qutusunu tapılıb.

Teleqraf.com "Tengrinews" nəşrinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş nəqliyyat prokuroru Timur Suleymenov ölkənin baş nazirinin müavini Kanat Bozumbayevin iştirakı ilə keçirilən brifinqdə bildirib.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Çeçenistanın Qroznı şəhərinə uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb.


Müəllif: Arzu
Seçilən
15
teleqraf.com

1Mənbələr