Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin "qara qutusu" tapılıb.
Yenisabah.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Prokurorluğunun nümayəndəsi Timur Süleymanov məlumat verib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 yaralı var.
Telegram kanalımız