AZ

Təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb

Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qara qutusu qəza yerində tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Qazaxıstanın nəqliyyat prokurorluğunun mətbuat xidməti bildirib.

Bakıdan Qroznıya uçan “Embraer 190” sərnişin təyyarəsi çərşənbə günü səhər, dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb.

Qəzadan sonra təyyarə yanmağa başlayıb.

...Faktla bağlı cinayət işi açılıb, bütün lazımi prosedurlar aparılır. Təyyarənin qara qutusu tapılıb və işə əlavə olunacaq.

Bunu idarədən bildiriblər.
Qazaxıstanda təyyarə qəzasında ölənlərin sayı açıqlanıb. Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev daha əvvəl bildirib ki, təyyarə qəzasında 38 nəfər ölüb. Onun sözlərinə görə, təyyarənin beş ekipaj üzvündən üçü sağ qalıb, ikisi isə ölüb.

Əli Babayev

Seçilən
30
13
sia.az

10Mənbələr