AZ

Evlənmədən öncə həll etməli olduğunuz - 5 PROBLEM

Evlilikdən əvvəlki dövr həm kişilər, həm də qadınlar üçün xoşbəxtlik və stressin bir araya gəldiyi dövrdür. Ancaq evlilikdən əvvəl bəzi problemlərin həlli əlaqələrinizin gələcəyi üçün vacibdir. 

News24.az daha xoşbəxt bir evlilik üçün etməli olduğunuz məqamları sıralayır.

Birgə həyatın həmişə mükəmməl olmayacağını və razılaşa bilməyəcəyiniz məqamların olacağını başa düşmək vacibdir. Əsas odur ki, fikir ayrılıqlarınız və ya mübahisələrinizin gündəlik həyatınıza sızmasına imkan verməyin. Bu səbəblə evlilikdən əvvəl partnyorunuzu anlamağa çalışmaq gələcəkdə xoşbəxtliyinizə kömək edəcək

Evlilikdən əvvəl məişət vəzifələrinin bölüşdürülməsi və bununla bağlı gözləntilər haqqında söhbət etsəniz yaxşı olar. Bu vəzifələrə gəldikdə hər bir insanın digərindən nə gözlədiyini bilmək və işi bölüşdürmək aranızda mübahisələrin qarşısını alacaq.

Uşaq sahibi olmaq istəyib-istəmədiyinizə qərar vermək həyatınızın gedişatını dəyişə bilər. Çünki uşaq sahibi olmaq həm sizin, həm də münasibətiniz üçün dəyişikliklərə səbəb olacaq. Bütün bunları evlilikdən əvvəl müzakirə etmək, sonradan yarana biləcək fikir ayrılıqlarından qaçmağa kömək edəcək.

Partnyorunuzla hər zaman vaxt keçirmək üçün yaradılmadığınızı qəbul etməlisiniz. Evləndiyiniz zaman dostlarınızla ara-sıra çölə çıxa və ya öz hobbinizlə məşğul ola bilərsiniz. Bu həm sizi, həm də partnyorunuzu xoşbəxt edəcək və birlikdə keçirdiyiniz vaxtın keyfiyyətini artıracaq.

Sıx iş qrafiki, iş yükü və gündəlik stress kimi amillər bəzən münasibətlərinizə mane ola bilər. Belə vəziyyətlərdə balans yaratmaq vacibdir. Bu səbəblə evlilikdən əvvəl bağınızı günü-gündən necə gücləndirə biləcəyinizi danışmaq və gözləntilərinizi bölüşmək birlikdə keçirəcəyiniz vaxtın keyfiyyətini artırmağa kömək edəcək./sherg.az


Seçilən
4
1
news24.az

5Mənbələr