AZ

2024-cü ildə dünyada çoxlu sərnişin təyyarəsi qəzası baş verib

“Azərbaycan Hava Yolları”nın təyyarəsi Qazaxıstanda qəzaya uğradıqdan sonra bu il bütün dünyada sərnişin təyyarəsi qəzaları gündəmə gəlib.

Bu il ən çox can itkisi ilə nəticələnən sərnişin təyyarəsi qəzası Braziliyada baş verib.

Avqustun 9-da Braziliyanın Kaskavel şəhərindən Quarolhusa gedən Voepass Hava Yollarına məxsus ATR-72 tipli sərnişin təyyarəsi San-Paulu əyalətinin şimalındakı Vinhedo şəhərində yaşayış məntəqəsinə çırpılıb.

Qəza nəticəsində 58 sərnişin və 4 ekipaj üzvü olmaqla 62 nəfər həlak olub. Təyyarə yerə çırpıldıqdan sonra alovlandığı üçün şəxsiyyətin müəyyənləşdirilməsi prosesi çətin olub.

Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən aparılan təhqiqat çərçivəsində registratorların müayinəsi pilotların buzlanma ilə mübarizədə çətinliklərlə üzləşdiyini təsdiqləyib.

Yaponiya

Yaponiyada yanvarın 2-də paytaxt Tokiodakı Haneda hava limanının uçuş-enmə zolağında sərnişin təyyarəsi ilə sahil mühafizə təyyarəsi toqquşub, sonra təyyarələr uçuş-enmə zolağında yanıb.

Sərnişin təyyarəsindəki 379 sərnişin və ekipaj təhlükəsiz şəkildə təxliyə edilərkən, sahil mühafizə təyyarəsində olan 6 nəfərdən 5-i həyatını itirib, pilot isə yaralanıb.

Yaponiya Nəqliyyat Nazirliyindəki mənbələrə əsaslanan yerli mətbuatın xəbərində, Haneda Hava Limanı qülləsinin qəzaya uğrayan sərnişin təyyarəsinin enişinə icazə verdiyi və sahil mühafizə təyyarəsinə uçuş-enmə zolağından uzaq durmağı əmr etdiyi iddia edildi.

Qəzadan yaralanandan sağ çıxan sahil mühafizə təyyarəsinin pilotu istintaq çərçivəsində verdiyi açıqlamada qüllədən eniş icazəsi aldığını iddia edib.

ABŞ

ABŞ-da Alyaska Hava Yollarına məxsus "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən yanvarın 5-i axşam saatlarında məcburi eniş edib.

Oreqondan Kaliforniyaya uçan təyyarə havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş etməli olduğu halda, gövdə parçasının qopduğu hissədə sərnişinlərin olmadığı bildirilib.

Seçilən
18
aznews.az

1Mənbələr