Azərbaycan Basketbol Liqasının IX turunda \"Neftçi\" \"Sərhədçi\"yə qalib gəlib.
A qrupunda baş tutan matçda \"ağ-qaralar\" 77:65 hesablı qələbəyə sevinib.
Turun əvvəlki oyunlarında \"Sabah\" NTD-ni 94:68, \"Ordu\" isə \"Lənkəran\"ı 99:51 hesabı ilə məğlub edib.
Qeyd edək ki, IX turun son üç oyunu 2025-ci ildə baş tutacaq. Qarşılaşmalar matəm günü ilə bağlı təxirə salınıb.