AZ

Şairin atası dünyasını dəyişdi 

Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru, tanınmış şair Sərvaz Hüseynoğlunun atası Əsgərov Hüseyn Alı oğlu bu gün (25 dekabr 2024-cü il tarixdə) 96 yaşında dünyasını dəyişib.

Sərvaz müəllimə və mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.
Mərhum Hüseyn Əsgərov İmişli rayonunun Əliqulular kəndinin ən yaşlı sakini idi. El ağsaqqalı dünyasını dəyişən günədək müdrik və şirin söhbətlərində olmuş, bağ-bağatında fiziki işlə məşğul olaraq ailə üzvləri arasında bəxtiyar günlərini yaşamışdır.


Allah rəhmət eləsin!


Ruhu şad, məkanı cənnət olsun!


 Səxavət TAĞLAR,
"525-ci qəzet"in bölgə müxbiri

Seçilən
13
1
modern.az

2Mənbələr