İranda WhatsApp messencerindən istifadəni qadağan edən qərarın ləğvi barədə qərar qəbul edilib.
Sfera.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Google Play-ə giriş də bərpa edilib. Ali İnformasiya Təhlükəsizliyi Şurası üzvlərinin əksəriyyəti qərarın lehinə olub.
Xatırladaq ki, sentyabrın 22-də keçirilən etiraz aksiyaları zamanı İslam Respublikasında WhatsApp və Instagram qadağası qoyulmuşdu.
İnci
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta