"2014-cü ildə Donetsk vilayətində Malayziyanın “Boeing 777-200ER” təyyarəsinin qəzaya uğraması ilə "Azərbaycan Hava Yolları"nın “Embraer 190” təyyarəsinin qəzaya uğraması arasında oxşarlıq var".
Teleqraf.com yerli mətbuata istinadla xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Mixail Delyagin öz Teleqram kanalında paylaşıb.
Delyagin “Azərbaycan Hava Yolları”nın təyyarəsinin gövdəsinin zədələnməsini əks etdirən fotoşəkilləri dərc edərək deşiklərin qəlpə izlərinə bənzədiyini iddia edib.
Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.
Müəllif: Arzu