"Tottenhem"də parlayan futbolçu Dele Alli karyerasını "Komo"da davam etdirə bilər.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
28 yaşlı ingiltərəli yarımmüdafiəçi bu həftə Sesk Fabreqasın çalışdırdığı komandada məşqə çıxacaq. Bundan sonra İtaliya klubu oyunçunun durumunu qiymətləndirəcək və heyətinə qatmaq barədə qərar verəcək.
Qeyd edək ki, Dele Alli bu yayın əvvəlindən klubsuzdur. Onun son klubu "Everton" olub. Futbolçu "Tottenhem" və "Beşiktaş" kimi klublarda da çıxış edib.