AZ

Kapitanlar "gəmi"ni tərk edir

"Borussiya Dortmund"un oyunçuları Mats Hummels və Marko Roys mövsümün sonunda klubu tərk edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat verib. Komandanın kapitanları karyeralarını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilərlər. Sözügedən ölkənin bir neçə klubu Almaniya millisinin sabiq üzvlərini heyətlərində görmək istəyirlər.

"Arılar"ın yetirməsi olan 34 yaşlı Roys bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hummels "Bayern"in yetirməsidir. O, 2008-2016-cı illərdə "Borussiya"da oynayıb. 2016-cı ildə 3 il Münhen klubunda çıxış etdikdən sonra geri qayıdıb.

Seçilən
208
Mənbələr
Şərh ()
Bağla