AZ

"Tottenhem" kapitanı ilə yollarını ayırmaq istəyir

"Tottenhem"in hücumçusu Son Hın Min müqaviləsi başa çatdıqdan sonra klubu tərk edə bilər.

90deqiqe.Az-ın "To The Lane and Back"ə istinadən məlumatına görə, London klubu 2025-ci ilin yayında, 32 yaşlı forvardın müqaviləsi bitdikdən sonra onunla yollarını ayırmağı düşünür.

Son 2015-ci ildən "Tottenhem"də çıxış edir. Bu mövsüm futbolçu bütün turnirlər daxil olmaqla 20 matçda meydana çıxıb, yeddi qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt mütəxəssisləri Sonun dəyərini 38 milyon avro qiymətləndirirlər.

Seçilən
26
90deqiqe.az

1Mənbələr