AZ

İki ölkə arasında tarixi razılaşma

Çin və Yaponiya iki ölkə arasında təhlükəsizlik və hərbi sahədəki mübahisələrin həlli üçün dialoq mexanizmnin qurulması ilə bağlı razılığa gəlib.

Metbuat.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri İvaya Takeşi Çinə səfəri çərçivəsində həmkarı Vanq Yi və baş nazir Li Jianq ilə görüşüb. Görüşdə əldə olunan razılığa əsasən tərəflər məsələləri danışıqlar yolu ilə həll etmək barədə mexanizm quracaq. Yaponiyalı nazir Çinin artan hava məkanı və ərazi suları pozuntuları və mübahisəli bölgələrdə hərbi hərəkətləri ilə bağlı narahatlığını ifadə edib. Çin naziri bildirib ki, Yaponiya iki ölkənin bir-birinə təhdid deyil, əməkdaşlıq etməsinin tərəfdarıdır. Onun sözlərinə görə, Yaponiya razılaşmaya sadiq qalaraq, qarşılıqlı faydalı strateji münasibətləri düzgün istiqamətdə inkişaf etdirmək üçün Çinlə işləyəcək.

Seçilən
9
metbuat.az

1Mənbələr