AZ

Çərçivəsiz "iPhone" planları təxirə salındı

Tamamilə çərçivəsiz "iPhone" modelini bazara çıxarmağı planlaşdıran "Apple" şirkəti texniki çətinliklərlə üzləşib. Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkə bu cihaz üçün "Samsung Display" və "LG Display" ilə birlikdə inkişaf etmiş OLED panelləri hazırlamağa çalışsa da, istehsalat prosesində ciddi problemlər yaranıb. Bu səbəbdən, çərçivəsiz "iPhone"un istehsalı və təqdimatı qeyri-müəyyən vaxta təxirə salına bilər."Apple"ın bu modeli 2025-2026-cı illər arasında bazara çıxarmağı planlaşdırdığı deyilsə də, hazırkı vəziyyət cihazın ən erkən 2026-dan sonra təqdim olunacağını göstərir. Şirkət daxili mənbələrinin məlumatına görə, hələ də panel istehsalçıları ilə texniki detallar üzərində müzakirələr davam edir.

"Apple" yeni "iPhone" modelini "Apple Watch"da olduğu kimi yüngülcə qıvrılan kənarları olan düz və minimalistik dizaynla təqdim etməyi hədəfləyir. Bununla yanaşı, şirkət "Samsung"un əvvəlki kənarları əyilmiş ekranlarındakı "böyüdücü effekt" kimi optik problemlərin qarşısını almaq istəyir. Lakin ekranın yan görünüşündəki təhriflər, artan kövrəklik kimi problemlər hələ də həll edilməyib. Ekranın altına yerləşdirilməsi tələb olunan antenalar və çərçivə dövrələri kimi texniki elementlər də istehsalı daha da ləngidir.

Seçilən
10
3
metbuat.az

4Mənbələr