AZ

Paraqvayda 57 ton marixuana müsadirə edilib

Paraqvay hakimiyyəti narkotik satıcılarının Braziliyaya göndərdiyi 22 milyon dollar dəyərində 57 ton marixuananı müsadirə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə prezidenti Santyaqo Penya “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

Pena bildirib ki, hüquq-mühafizə orqanları “Marangatu” adlı əməliyyat keçirib.

“Bu əməliyyat zamanı Braziliya bazarına göndərilməyə hazır olan 57 ton preslənmiş marixuana müsadirə edilib və bu cinayətkar təşkilata 22 milyon dollardan artıq iqtisadi ziyan vurub”, – deyə o vurğulayıb.

Prezident həmçinin əmin edib ki, dövlət narkotiklərlə mübarizəni davam etdirəcək.

Seçilən
15
nocomment.az

1Mənbələr