AZ

Günün qoroskopu: Özünüz barədə tənqid eşidəcəksiniz


ONN media günün qoroskopunu təqdim edir.

Qoç - yaxın ətrafınızdakı insanlar bu gün sizinlə açıq danışacaqlar. Özünüz barədə xoş sözlərlə yanaşı, tənqid də eşidəcəksiniz. Həmin sözlər imicinizlə davranışınızda transformasiya və aktiv dəyişikliklərə səbəb olacaq.

İşdə hadisələrin arzuolunmaz məcrada inkişaf etməsini istəmirsinizsə, rəhbərliklə mübahisə etməyin. Yeni işə və ya layihəyə başlamayın.

Ziddiyyətli maraqlar və təmayüllərin toqquşduğu mürəkkəb gündür. Tərəfdaş, iş yoldaşları və şəriklə münasibətlərdə heç nəyi dəyişməyə çalışmayın.

İşgüzar təmaslarda maddi marağınıza ziyan dəyə bilər.
Şəxsi münasibətlərdə qısqanclıq, tələbkarlıq və aqressiya artır.

Səfərdə ehtiyatlı olun.
Axşam saatları gərgin olmasın deyə, vaxtınızı sakit və etibarlı yerdə keçirin.

Buğa - münasibətlərin zahiri təzahürləri sizi həyəcanlandıra bilər. İşgüzar və şəxsi münasibətlərdə səhvlər, yanlışlıqlar, pərişanlıqlar istisna deyil.

Yaşamınızda yeni intriqa, tanışlıq və ya gərginlik yaradacaq məlumat peyda olacaq.
İşlərin əsasını laxlatmağa kimsəyə imkan verməyin, pozulan müvazinəti tez bərpa edin. İntuisiyanız istənilən çətin vəziyyətdən çıxış yolunu göstərəcək.

Ətrafınızdakı insanlardan fərqli olaraq yaranmış şəraitdə dürüst yolu daha tez tapın, baş verənləri düzgün qiymətləndirin. Sizdən yardım və dəstək istəyənlər var.

Əlaqələri möhkəmləndirin, yaşam arealınızdakı mövqelərinizi gücləndirin.

Əkizlər - plan, fəaliyyət və emosiyalar baxımından zəngin gündür. Eqosentrizmə meylli olmayın. Fors-major durum son qüvvələrinizi sınağa çəkə bilər.

Bilavasitə və təcili iştirakınızı tələb edən işlərlə məşğul olun. Yeni ideya və planlarla bağlı təşəbbüslərlə çıxış etməyin.
Dəyişikliklərlə, yeniliklərə ehtiyac duya bilərsiniz.

Səhhətinizin və zahiri görkəminizin qeydinə qalın. Yeni imkanlar və maraqlar yaranır.
Qənaətcil olun. Alış-verişdə bədxərclik etməyin.

Xərçəng - emosiyalar oyun qaydalarını diqtə etsə də, yaranmış imkanı əldən verməyin. Son günlər sizi narahat edən və həyəcanlandıran məqamın çözülməsinə az qalıb.

Baş verən hadisələr planlaşdırdığınız işlərdən daha yaxşıdır. Səbrsiz və hövsələsiz davransanız, yaxın ətrafınızdakı insanlara sərt təzyiqlər etsəniz, ən pis ehtimallar doğrula bilər. Münaqişələr və mübahisələr emosiyaları tarıma çəkəcək.

Hisslərinizə hakim olun, maliyyə vəsaitinizi kontrolda saxlayın.
İşdə yoxlama, təftiş, günahkar axtarışı ola bilər.

Səhvləri düzəldin.
Şir - yaxın ətrafınızdakı insanlar sizi davranışlarınızda dəyişikliklər etməyə, onların adət etdiyi insan kimi hərəkət etməyə çağıracaqlar.

Bu isə plalarınızla ziddiyyət təşkil edir. Fəqət, nə etmək istədiyinizi, nəyə can atdığınızı bilirsinizmi?
Yaxın ətrafınızdakı insanlara başa salın ki, münasibətlərin ayrıd edilməsini təxirə salırsınız. Gərəkli bildiyiniz işlə məşğul olun.

Mövqeyinizi aşkar nümayiş etdirməyin vaxtı və yeri deyil. Mühüm açıqlama, ciddi işə başlamağı, qonaq qəbul etməyi təxirə salın.
"Atalar və oğullar" münaqişəsi yarana bilər.

Köhnə və yeni arasında anşalılmazlıq var. Mühüm sənədlər imzalamayın, ciddi danışıqlar aparmayın. Mütləq şəkildə nə isə pozulacaq. Səhhətinizin qeydinə qalın, hələlik bacarmadığınız işlərin öhdəsindən gəlməyin yollarını arayın.

Ev işlərində tam bacarıqsız olduğunuzu düşünməyin. Özünüzü sınayın. Çətini başlamaqdır: axı ustalara nə qədər pul vermək olar?!

Qız - narahat, gərgin gündür. Münasibətləri gərginləşdirməmək və ya olayların axarını pozmamaq üçün çevik, həssas olun.

Dəyişikliklərdən qəfil gəlir, mənfəət, xeyir əldə edə bilərsiniz. Cari dəyişikliklərdən xeyir götürməyə çalışın. Uzaqdan dəstək, xəbər, faydalı məlumat gələcək.

Problemlərin heç olmasa, bəzilərini ehtimal etməyə, təmayülün axarını tapmağa çalışın. Planlarınızdakı mühüm məqamlardan birini yeniləmək gərəkdir.

Hisslər və emosiyalar çox güclü olsa da, nəyisə kökündən dəyişməyə tələsməyin. Eyni zamanda, olayların axarında kiminsə dəyişikliklər etməsini gözləməyin.

Yaradıcı impulslardan bəhrələnin və irəliləyin.
Süst və tənbəl olmayın.

Tərəzi - şərik, tərəfdaş və ya iş yoldaşınızdan gözlənilməz təklif alacaqsınız. Planların pozulması, yaranan problemlərin təcili həlli labüdlüyü ola bilər. Cavab reaksiyası ilə tələsməyin, emosiyalarınıza hakim olun.

Maliyyə məsələlərini nəzarətdə saxlayın. Yaxşı perspektivlər var. Hisslərinizə kimsə müdaxilə etmək istəyirsə, bu insanın qarşısını ən sərt şəkildə alın. Nəzərdə tutduğunuz iş alınmaya bilər.

Belədə niyyətinizdən əl çəkin ki, vəziyyət daha da ağırlaşmasın.
Şəxsi münasibətlərdə bəzi məqamlara göz yummaq gərəkdir.

Yön dəyişmək vaxtıdır. Sizə lazım olmayan insan və ya nəsnə yaşamınızı tərk etməlidir
Əqrəb - çətin və qarışıq gündür. Gözləntilərinizdə aldana bilərsiniz. Ambisiyalar və istəklər çoxdur, amma işlər istədiyiniz məcrada getmir.

Mühüm görüş və müzakirə, sənədlərinin imzalanması, maliyyə vəsaiti ilə əməliyyatı təxirə salın. Borc almayın, borc verməyin.

Şəxsi münasibətlərdə diqqətli olun. Nəzarət və təsirinizdən kənarda qalan olaylardan biri sürətlə inkişaf edir.
Tələsməyin, bundan sonra necə davranmağın yollarını az sonra müzakirə edərək razılaşdırmaq olar.

Malik olduğunuz əlaqələrə diqqət yetirin.
Axşam saatları imkan varsa, alış-veriş etmək olar.

Oxatan - ən mühüm olaylar yaxın ətrafınızda yaşanır. Çalışdığınız kollektiv və ya yaxın qohumlardan birinin olduğu çevrədə sürətli olaylar yaşanır. Münasibətlərin kəskinləşməsi, itkilər mümkündür.

Nəyisə dəqiqləşdirməyə və ya problemi dərhal, mümkün qədər sürətlə həll etməyə tələsməyin. Baş verənlər sizdən və iradənizdən asılı deyil. Olanlar əvvəllər yığılmış və yaşanmış şərtlərin nəticələridir.

Maliyyə məsələlərindəki qeyri-müəyyənlik səhhətinizə mənfi təsir edə bilər. Qayğılar çoxdursa, özünüzü əmin hiss etmirsinizsə, başladığınız işidə fasilə edin və şərtləri nəzərdən keçirin. İddiaların səviyyəsini bir qədər aşağı salmaq olar.

Axşam saatlarında açıq havada gəzintiyə çıxın, istirahət edin, qüvvə toplayın.
Yaxın vaxtlarda ciddi iş başlanacaq: sizə enerji gərək olacaq.

Oğlaq - problemlər, maraqlar və niyyətlər toplusu əldə edilə biləcək məlumatdan asılıdır. Həmin informasiyadan sərfəli şəkildə yararlanın.

Əlaqələr, təmaslar, qarşılıqlı sərfəli tərəfdaşlığın önəmi artır. Yaxın ətrafınızdakı insanlardan və ya həmkarlardan birinin həyatındakı olay sizi həyacanlandıra bilər. O şəxsə yardım edin, dəstək verin.

Prinsipial mövqenin nümayişi, ierarxiyanın bərqərar edilməsi, özünüzü təsdiqləmək üçün yararlı zaman deyil. Yaxın ətrafınızdakı insanları sinirləndirəcək addımlar atmayın. İşlər tərs düşərsə, münaqişəli vəziyyət yaratmayın, geniş müzakirələrə başlamayın. İstənilən problemi çözmək üçün daxili imkanlarınızdan yararlanın.

Ailə üzvləri ilə münasibətlərdə həssas olun. Şəxsi münasibətlər müstəvisində sınaq zamanıdır.

Maraqlandığınız işlə məşğul olun. Axşam saatlarında aktiv istirahət edin.

Dolça - çevik, məntiqli, taktikalı addımlar atın, tərəfdaş və ya iş yoldaşlarından mümkünsüzü tələb etməyin. İş indi gəlir və maddi vəsait mənbəyidir. İmkanlarla yeni təəssüratlar istisna deyil.

İşin keyfiyyətini yaxşılaşdırın. Yerdə qalan hər şey yerini alacaq.
Şəxsi münasibətlər müstəvisində önəmli dəyişikliklər ola bilər.

İkili standartlara yol verməyin, vədləri pozmayın, tərəfdaşla razılaşdırdığınız plana əməl edin.
Ailə və ev işləri mənəvi tarazlığı bərpa etməyə imkan verəcək, yaxınlarla münasibətləri möhkəmləndirəcək.
Asudə vaxtınızdan bilik, təcrübə və bacarıqların artırılması üçün istifadə edin.

Günün ikinci yarısında sizə gərəkəni tapmağa və ya işlə bağlı fikirlərin yer almadığı söhbəti etməyə bir dəqiqə də vaxtınız olmayacaq.

Balıqlar - yeni işə başlamaq, karyerada dəyişikliklər etmək və mühüm qərarlar qəbul etmək üçün uğursuz gündür. Hadisələr sürətlə inkişaf edir.

Yaşam tempi günün ikinci yarısında xüsusilə intensiv olacaq. Yaxın ətrafınızdakı insanların reaksiya və bəyanatlarında məhdudiyyətlər olmayacaq.

Kimsənin sizi təbdən çıxarmasına rəvac verməyin. Əks təqdirdə işlərin öhdəsindən tez və dürüst gələ bilməyəcəksiniz.
Günün mənfi cəhətləri ilə yanaşı, müsbət yönləri də var.

Problemlərin birgə həlli həmkarlarınızdan biri ilə münasibətləri möhkəmləndirə bilər.
Şəxsi münasibətlər müstəvisində romantik təmaslar üçün uğurlu vaxtdır.

Maraqlar razılaşdırılmalı, dartışmalar isə ünsiyyətin adi fonuna çevrilməməlidir. Təsadüfən yaranan imkanları əldən verməməyə çalışın.

ONN İnformasiya Agentliyi
Seçilən
22
onn.az

1Mənbələr