1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Lamborghini" şirkəti "Revuelto" super hibridlərindən bəzilərinin alovlana biləcəyini aşkar edib.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, ABŞ-də yalnız iki nüsxə geri çağırılıb. Yanğın riski zavodun montaj sənədlərindəki səhv səbəbindən yaranıb.
Bildirilir ki, çox bahalı bir superkarda yanğının səbəbi zəif bərkidilmiş bolt ola bilər.
Qeyd olunur ki, "Lamborghini"də bu səbəbdən baş verən ən azı bir yanğın barədə məlumat var.