Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi və"Azerbaijan Airlines" (AZAL) aviaşirkətinin nümayəndə heyətiQazaxıstana gedib.
Trend xəbərverir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumatyayıb.
"Aviasiya hadisələri və qəzalara dair məlumatların təqdimolunması və araşdırılması qaydalarına uyğun olaraq, NəqliyyatNazirliyi tərəfindən Aviasiya Hadisəsi Araşdırma Komissiyasıyaradılıb. Nazirliyin Aviasiya Hadisələri və Qəza AraşdırmaDepartamentinin əməkdaşları hadisə yerində olub və araşdırma işləriaparır. Azərbaycandan Dövlət Mülki Aviasiya Agentliyinin və"Azerbaijan Airlines" (AZAL) aviaşirkətinin nümayəndə heyəti dəQazaxıstana gəlib", - deyə nazirliyin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, hadisə yerində Azərbaycannümayəndələri sıx əməkdaşlıq şəraitində araşdırma aparılır.
"Eyni zamanda, Qazaxıstana "Embraer" təyyarə istehsalçısının vəCENIPA-nın (Braziliyanın Aviasiya Hadisələri və QəzalarınAraşdırılması Mərkəzi) nümayəndələri də uçublar. HökumətKomissiyasının tərkibində, Baş nazirin müavini Kanat Bozumbaevinrəhbərliyi altında Aktau şəhərində nəqliyyat naziri MaratKarabayev, nəqliyyat nazirinin müavini Talqat Lastaev, NəqliyyatHadisələri və Qəzalar üzrə Araşdırma Departamentinin direktoruNurjan Malayev, Mülki Aviasiya Komitəsinin sədri SaltanatTompayeva, "Qazaeronavigasiya" ASC-nin baş direktoru Nurjan Axmetovda yer alıb", - nazirlik əlavə edib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycanvətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb.Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.
Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3nəfər sağ qalıb.