İsveçin telekommunikasiya avadanlığı istehsalçısı ?Ericsson?un hesabatına əsasən, dünyada 5G mobil abunəçilərinin sayı üçüncü rübdə 163 milyon artaraq 2.1 milyarda çatıb.
Şirkətin proqnozuna görə, 2024-cü ilin sonuna qədər təqribən 2.27 milyard olacaq, beləliklə, dünyada bütün mobil abunəçilərin dörddə birindən çoxu 5G abunəçilərinin payına düşəcək.
2030-cu ildə bu rəqəmin 6.35 milyarda çatacağı gözlənilir ki, bu da ümumi mobil abunəçilərin 67%-ni təşkil edir. Eyni zamanda, 5G mobil trafikin təxminən 80%-ni təşkil edəcək.
?Ericsson? həmçinin 2030-cu ildə 6G standartının tətbiqini proqnozlaşdırır. Üçüncü rübdə 4G abunəçilərinin sayı 69 milyon nəfər azalaraq 5.1 milyarddan aşağı düşüb.