ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-a qoşulacağı təqdirdə ona əhəmiyyətli dərəcədə vergi endirimi edəcəyini vəd edib.
Marja xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində Milad təbrikində yazıb.
“Kanada qubernatoru Castin Trüdo da daxil olmaqla hamının Milad bayramı mübarək. Vətəndaşlarının vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri dərhal ikiqat böyüyəcək və onlar dünyanın heç bir ölkəsinin qorunmadığı kimi hərbi cəhətdən qorunacaqlar”, - deyə Tramp vəd edib.
Həmçinin Tramp, "Panama kanalını ehtiyatla, lakin qeyri-qanuni şəkildə idarə edən gözəl Çin əsgərlərinin" Milad bayramını təbrik edib. Bundan əlavə, seçilmiş prezident Qrenlandiyaya salamlarını göndərib, onun fikrincə, ada Vaşinqtona milli təhlükəsizlik məqsədləri üçün lazımdır.