AZ

Matvey Safonov: “Artıq PSJ-də qalmaq üçün oynayıram”

Fransa çempionu PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov özünün Paris klubunun heyətindəki oyun səviyyəsini qiymətləndirib.

Arena.az xəbər verir ki, rusiyalı qolkiper “Lans”la Fransa Kubokunun 1/32 final oyununda (1:1) oyunsonrası 2 penalti zərəsini dəf edərək, komandasının qələbəsində (4:3) müstəsa xidmət göstərib.

“Hər bir oyunçunun öz sirləri var, amma mən onları açmaq fikrində deyiləm. İndi məşqçinin gözləntilərini daha yaxşı başa düşürəm və mənim üçün hər bir xüsus asanlaşıb. Səviyyəmi yaxşılaşdırmaq üçün mənə bir müddət gərək oldu. İndi isə bu komandada qalmaq üçün oynamağa hazıram”, deyə Safonov vurğulayıb.

Yeri gəlmişkən, PSJ-nin fransalı mərkəz yarımmüdafiəçisi Uorren Zair-Emeri də parislilərin rusiyalı qapıçısının “Lans”la səfər oyunundakı çıxışını qiymətləndirib:

“Mən onun penaltilər başında işini görməmişdim. Rəqib futbolçuların zərbələrinin ikisini dəf etdi, komandaya kömək etdi. Düşünürəm ki, onun məqsədi bu idi. Ona görə də biz xoşbəxtik. Güman ki, o da özü üçün şad olmalıdır”, deyə gənc futbolçu məmnunluqla vurğulayıb.

Xatırladaq ki, Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Safonov cari mövsümdə PSJ-nin heyətində 6 oyuna çıxıb. O, bu oyunlarda 6 qol buraxıb, 3 oyunda qapısını toxunulmaz saxlayıb.

“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.

Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 14 oyuna çıxıb, 8 qol buraxıb, 9 matçdan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 25 yaşlı rusiyalı qapıçının transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr