AZ

Trampın real sülh planı yoxdur - “Der Spiegel”

Bu sözləri məşhur ukraynalı politoloq Vladimir Fesenko “Der Spiegel”əmüsahibəsində deyib.

Lavrov: “Rusiyanın səbrini sınağa çəkməyin”
Onun sözlərinə görə, hazırda ABŞ-nin yeni liderinin münaqişənin həlli ilə bağlı real sülh planı yoxdur. Bundan əlavə, Kreml olduqca sərt danışıqlar mövqeyi tutur ki, bu da dialoqun başlamasını çətinləşdirir. Kremlin mövqeyi hətta gələcək təmasların uğurla başa çatdırılmasını da çətinləşdirir.

Fisenko belə hesab edir ki, cəbhədə vəziyyət sabitləşənə qədər tərəflər danışıqlar masasına əyləşməyəcək. Politoloq həmçinin Donald Trampın atəşkəsə nail olmaq üçün Vladimir Putin və Rusiyaya təzyiq göstərmək üçün təsirli vasitələrinin olmasına da şübhə ilə yanaşır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az

Seçilən
13
azvision.az

1Mənbələr