AZ

Əsədə sadiq qüvvələr 14 təhlükəsizlik əməkdaşı öldürüb

Suriya üsyançılarının qurduğu yeni hökumət devrilmiş prezident Bəşər Əsədə sadiq qüvvələrin daxili işlər nazirliyinin 14 əməkdaşını pusquya salaraq öldürdüyünü açıqlayıb. Və on nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki , bu barədə BBC məlumat yayıb.

Qarşıdurma dekabrın 25-də Tartus şəhərində baş verib.

Suriyanın yeni hökumətinə görə, təhlükəsizlik qüvvələri Dəməşq yaxınlığındakı bədnam Seyidnaya həbsxanası ilə əlaqədə olan keçmiş zabiti həbs etməyə çalışarkən hücuma məruz qalıb.

“Suriya İnsan Haqları Müşahidə Qrupu” təşkilatının məlumatına görə, toqquşmalar zamanı 3 yaraqlı da öldürülüb. 

Eyni zamanda Suriyanın yeni hakimiyyət orqanları Homs şəhərində gecə komendant saatı tətbiq edib. Bu, ələvilərin məqbərəsinə hücumu əks etdirən videonun internetdə yayılmasından sonra iğtişaşların baş verdiyi vaxt baş verib. Suriya daxili işlər nazirliyi bunun noyabrın sonunda Hələbdə üsyançıların hücumu zamanı çəkilmiş köhnə video olduğunu və zorakılığın naməlum qruplar tərəfindən həyata keçirildiyini bildirib.

Videonun yayılmasından sonra Homsda keçirilən etiraz aksiyası zamanı 1 etirazçı həlak olub, 5 nəfər yaralanıb. 

Noyabrın sonunda “Həyat Təhrir əş-Şam”ın başçılıq etdiyi silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsini tərk edərək Moskvadan sığınacaq alaraq ölkəni tərk edib. Dekabrın 10-da İdlib vilayətində qondarma Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir Suriyanın keçid dövrünün Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb. keçid dövrü 2025-ci il martın 1-dək davam edəcək.  

Seçilən
13
veteninfo.az

1Mənbələr