AZ

Sosial Xidmətlər Agentliyi 262 minə ofis icarələdi: 5 milyonluq tenderi isə ləğv olundu

ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyinin bir gündə iki tenderi ləğv olunub. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Bəlli olub ki, Agentlik Ucar və Zərdab rayonlarının hər birindən 12 ədəd iki otaqlı, 18 ədəd üç otaqlı mənzillər inşa etməyi qərarlaşdırıb. Yəni, sözügedən dövlət qurumu əlil və Şəhid ailələri üçün üst-üstə 60 mənzil tikməyi planlaşdırıbmış. Bu məqsədlə toplam 4.7 milyon manat pul da ayırıbmış (Hər rayona 2.368.800 manat).

Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin nəticələrini ləğv etməsinin səbəbini də açıqlayıb. Məlum olub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır. Yəni, Agentlik “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1.-ci maddəsini pozub.

Elə həmin gün Sosial Xidmətlər Agentliyi İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasına dair tenderin də nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, agentlik bu məqsədlə Sevinc Şəfa qızı İsgəndərova ilə razılaşıb.

Həmçinin bəlli olub ki, Agentliklə xanım İsgəndərova 262.320 manata anlaşıblar.

Seçilən
5
tribunainfo.az

1Mənbələr