Ermənistanın baş naziri Nikol Paşinyan COVID-19 səbəbilə MDB ölkələri başçılarının illik qeyri-rəsmi sammitində iştirak etməyib. Həmçinin, Qazaxıstanda “Azərbaycan Hava Yolları”nın təyyarəsi ilə qəzaya uğraması ilə əlaqədar Azərbaycanın lideri İlham Əliyev vətənə qayıtmaq məcburiyyətində qalıb.
Bu barədə “Kommersant” yazır.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus testinin yenidən müsbət çıxdığını bildirib .
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Rusiyadan Bakıya qayıdıb.
Əliyev bildirib ki, Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri barədə danışmaq tezdir.
DOĞRU.AZ