Bakı. Trend:
Məlumat verildiyi kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinəməxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasınəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərləbağlı zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının,Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının, eyni zamanda,Rusiya Federasiyası Çeçenistan Respublikasının ombudsmanlarınıniştirakı ilə birgə işçi qrup yaradılıb.
Trend xəbərverir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
"İşçi qrupa daxil olan son məlumatlara əsasən, qəzadan sonraxəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər AzərbaycanRespublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixolojiyardımın göstərilməsi təmin edilib.
Məsələ Azərbaycan Ombudsmanının diqqət mərkəzindədir", -məlumatda deyilir.