Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevin sərəncamı ilə ölkə ərazisində bir günlük matəm günü elan edilib.
SeherXeber.org xəbər verir ki, matəm günü ilə əlaqədar ölkə ərazisində bayraqlar yarıya qədər endirilib.
View this post on Instagram
A post shared by Ölkə Az (@olke.az)
Qeyd edək ki, qəzaya uğrayan təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eləcə də təyyarə qəzasının səbəblərinin yerində araşdırılması üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktaudadır.