AZ

Cerri Kardinale: “İtaliyada stadionların inşası çətin məsələdir”

“Milan”ın sahibi Cerri Kardinale “rossoneri” üçün yeni stadionun inşası ilə bağlı mümkün fəsadlardan söhbət açıb.

Arena.az xatırladır ki, hazırda “Milan” ev oyunlarını əzəli rəqibi “İnter”lə bölüşdüyü “San-Siro”da (“Cüzeppe Metsa” stadionu) keçirir:

“Biz mövcud stadionu əsaslı surətdə təmir edə və ya bu klubların şirkətlər olaraq mövcud vəziyyətini əks etdirən, həmçinin əyləncə tədbirlərini keçirə biləcək yenisini inşa edə bilərik. Yenidənqurmanın başa gələcəyi xərclərin məbləğinə, biz yəqin ki, tamamilə yeni bir stadion inşa edə bilərdik.

Amma İtaliyada stadionların inşası çətin məsələdir. 2011-ci ildə İtaliyada inşa edilmiş sonuncu stadion 40 min tamaşaçı tutumuna hesablanmışdı. Mən istərdim ki, 70 min yerlik müasir stadion tikilsin, amma bizim seçdiyimiz ərazidə tikintiyə icazə almaq məsələsində bələdiyyə bizə o qədər də köməklik göstərmir.

Mən isə hələ də amerikan üslubunda stadion inşa etmək, yəqin ki, 1 milyard avro məbləğdən artıq başa gələcək və amerikansayağı qiymətləri tətbiq edə bilməmək arasındakı uyğunsuzluğu başa düşməyə çalışıram. Bu, əsl çağırışdır”, deyə Cerri Kardinale yerli mətbuata müsahibəsində bildirib.

16 oyundan 26 xalla “Milan” İtaliya A Seriyasının yarış cədəvlində 8-ci pillədə qərarlaşıb.

Seçilən
21
arena.az

1Mənbələr