AZ

Aktauda baş verən təyyarə qəzasında ölənlərdən 7-nin şəxsiyyəti müəyyən edilib

Bakı. Trend:

Aktauda baş verən təyyarə qəzasında ölənlərdən 7-nin şəxsiyyətimüəyyən edilib.

Trend xəbərverir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindənməlumat verilib.

Qeyd edilib ki, ötən gün qəzada ölən 38 nəfərin cəsədi aşkaredilib, onlar məhkəmə-tibb mərkəzinə aparılıb, onlardan 6-sıQazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvü olub.

Mütəxəssislər həmçinin faciə yerindən tapılan təyyarənin “qaraqutu”su ilə də işləyirlər.

FHN-dən bildirilib ki, fəsadların aradan qaldırılmasına 306nəfər, 101 texnika, 2 təyyarə və 6 kinoloji briqada cəlbolunub.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.

Məqalədə:
Seçilən
8
47
az.trend.az

10Mənbələr