AZ

Qəzada həlak olan Hökümə Əliyevanın anası: “Həmişə deyirdi ki, mənimlə fəxr edin”

“Hökümənin həlak olduğunu atası dedi. Hökümə 6-cı sinfə qədər Rusiyada oxuyub, Vətəni çox istəyirdi. Sonra Vətənə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu”.

Bunu APA-ya AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası Kəmalə Alıyeva deyib.

O, Hökümənin 2016-cı ildən AZAL-da çalışdığını deyib: “Hökümə çox güləüz idi. Əksər ölkələrdə olmuşdu. Hər zaman deyirdi ki, mənimlə fəxr edin. Bir dəfə səfərdən dönəndə dedi ki, az qala təyyarə qəza edəcəkdi… Bu dəfə qəza oldu, qızım xilas ola bilmədi".

Qəzada
Seçilən
15
20
apa.az

10Mənbələr