Türkiyəli məşhurlar Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan azərbaycanlılar barədə paylaşım ediblər.
Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, onlar sosial şəbəkə hesablarında müxtəlif paylaşımlar edərək xalqımıza bu ağır günündə dəstək olduqlarını vurğulayıblar.
Sözügedən tanınmışlar arasında bəzi müğənnilər və aktyor Halil İbrahim Kalaycıoğlu yer alıb.
BAKU.WS təyyarə qəzasına görə Azərbaycana başsağlığı verən türkiyəli məşhurları təqdim edir:
Müğənni Özcan Deniz
Müğənni Hadise
Müğənni Mahsun Kırmızıgül
Müğənni Rafet El Roman
Müğənni Alişan
Müğənni Demet Akalın
"Kurtlar Vadisi Pusu" serialının aktyoru Halil İbrahim Kalaycıoğlu
Xatırladaq ki, 25 dekabr tarixində Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb.
Çeçenistanın paytaxtı Qroznıda duman səbəbindən təyyarə enə bilməyib və əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib.