AZ

Rusiya Milad gecəsində Ukraynanı vurdu, Moldovaya təhlükə yaratdı

Rusiya Milad gecəsində Ukraynanı raket və dron yağışına tutub.

 

Sfera.az bildirir ki, Rusiya ordusunun üç tərəfdən həyata keçirdiyi onlarla ballistik raket və kamikadze dron hücumları nəticəsində Ukraynanın ikinci böyük şəhəri Xarkov tamamilə işıqsız və susuz qalıb.

 

Eyni zamanda, Kiyev əhalisi Milad gecəsini sığınacaq kimi istifadə edilən metro stansiyalarında keçirib. Rusiya tərəfindən Ukrayna ərazisinə buraxılan idarə olunan raketlərdən biri isə qonşu Moldovanın hava məkanından keçərək regionun mülki aviasiyasına təhlükə yaradıb. Beləliklə, gecə saatlarında atılan raketlər üçüncü ili yaxınlaşan müharibədə dördüncü ən böyük hava hücumu kimi qeydə alınıb.

 

Havadan quruya atılan “Kinjal”, “Kalibar”, “X-101” və X-55 qanadlı raketlərindən istifadə edilib. Raketlərlə yanaşı, bomba yüklü 193 ədəd "Şahed" tipli kamikadze pilotsuz uçan aparat da işə salınıb. Rusların həyata keçirdiyi irimiqyaslı hava hücumunda Kirovoqrad vilayətindəki “Kremençuk” SES, Vinitsa vilayətindəki “Ladyjskaya” İES və İvano-Franko vilayətindəki “Buştinsk” İES ciddi zədələnib. Ölkə üzrə elektrik enerjisi istehsal edən obyektlərlə yanaşı, yarımstansiyalar da hədəfə alınıb. Xüsusən də Xarkov şəhərində mərkəzi istilik stansiyası vurulanda 1,5 milyon əhalisi olan şəhərdə səhər saatlarında qızdırıcılar soyuyub. 

 

Əvvəlki oxşar hücumlardan fərqli olaraq, Rusiya ordusunun komandanlığı sükutu pozaraq, “Bəli. Biz vururuq. Hədəfimiz Ukrayna infrastrukturudur”,  açıqlaması ilə diqqət çəkib. Ukrayna Prezidenti Volodimir Zelenski sosial mediada buna sərt reaksiya verib və “Putin Milad gecəsinə diqqətlə hazırlaşaraq raket və pilotsuz təyyarələr göndərib. Bundan daha qeyri-insani davranış ola bilməz. Amma o, bizim müqavimətimizi qıra bilməyəcək”, - yazıb. Moldova Prezidenti Maya Sandu isə “Moldova bu davranışı pisləyir və Ukraynanın yanında olduğunu bəyan edir”, deyib.

 

Günay Rəsulqızı
 

Seçilən
3
sfera.az

1Mənbələr