Suriyanın paytaxtı Dəməşqdə devrilmiş lider Əsədin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma baş verib.
Publika.az xəbər verir ki, bu gecə paytaxt Dəməşqdə atışma səsləri eşidilib.
Şəhərətrafı qəsəbələrdə Əsəd tərəfdarları ilə müxalifət arasında baş verən qarşıdurmalardan sonra bir qrup toplaşaraq “Suriya azaddır, Suriyada hamı bərabərdir və birdir” şüarları səsləndirib.
Onlar Əməvi meydanına doğru yürüş edib. Müxalifət qüvvələrinin sıx tədbir gördüyü meydanda şüarlar səsləndirməyə davam edən nümayişçilər bir müddət sonra oradan uzaqlaşıblar.