AZ

Heydər Əliyev Hava Limanında təyyarə qəzası ilə bağlı mətbuat konfransı baş tutub

 

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsində olan 32 nəfərin xilas edildiyi bildirilib.

Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanında Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı mətbuat konfransı baş tutub. Bakı-Qroznı marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsinin quş sürüsü ilə toqquşduğu, qəzadan əvvəl duman səbəbilə Rusiyanın Dağıstan bölgəsindəki Mahaçqala şəhərinə yönləndirildiyi qeyd edilib. AZAL-ın mətbuat katibi Fərid Hüseynov təyyarədə 5 nəfərlik ekipaj üzvü və 62 sərnişin olmaqla ümumilikdə 67 nəfərin olduğunu bildirib. Hüseynovun sözlərinə görə, sərnişinlərdən 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşıdır. Azərbaycan Baş Prokurorluğu nümayəndəsi Kənan Zeynalov isə ilkin məlumatlara əsasən qəzadan sonra  32 nəfərin xilas edildiyini və müalicə altına alındığını bildirib. 

Digər tərəfdən, Azərbaycan Prezident Administrasiyasının açıqlamasında prezident İlham Əliyevin təyyarə qəzasında çox sayda insanın həyatını itirməsi və yaralanması ilə əlaqədar 26 dekabrda 1 günlük matəm elan edilməsi barədə qərar verdiyi bildirilib. Bundan əlavə, İlham Əliyev Rusiyaya planlaşdırılan səfərini ləğv edib. O, Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçılarının Növbədənkənar Sammitinə qatılmaq üçün Rusiyanın Sankt-Peterburq şəhərinə getməli idi. 



Seçilən
4
1
trt.net.tr

2Mənbələr