Ajans.az xəbər verir ki, bu barədə AP News yerli polisə istinadən yazıb.
Hadisə çərşənbə axşamı, dekabrın 24-də baş verib. Yerli deputatların sözlərinə görə, güllələnmiş uşaq əvvəllər avtomobildə böyüklərin nəzarəti olmadan dayanacaqda, həmçinin digər uşaqlarla birlikdə olub. Onlar güllələnən uşağı xilas etməyə çalışıblar - o, təcili xəstəxanaya yerləşdirilib, lakin həkimlər kömək edə bilməyib. Uşaq xəstəxanada dünyasını dəyişib.
Müstəntiqlər dünyasını dəyişən körpənin anasının dindirilməsi zamanı ondan tapança aşkar edib. Polis baş verənlərin təfərrüatlarını müəyyənləşdirməyə davam edir və ölümcül atəşin məhz bu silahdan olub-olmadığını yoxlayacaq.