Qroznıdan olan dispetçerlə sonradan faciəli qəzaya uğramış Bakı-Qroznı reysinin ekipajı arasında aparılmış danışıqların stenoqramından çıxarışları üzə çıxıb.
Moderator.az xəbər verir ki, stenoqram çıxarışlarını Rusiyanın "VÇK-OQPU" telegram-kanalı dərc edib.
Stenoqramın nə dərəcədə gerçək olduğunu deyə bilmərik. Bu, müəyyən dairələrin manipulyasiya məqsədli dezinformasiyası da ola bilər. Hər halda mütəxəssislər baxıb müəyyən qənaətə gələ bilərlər.
Ekipajın bir neçə dəfə Qroznıya enməsinə icazə verilməyib, sonra "GPS" sıradan çıxıb. Təyyarə Bakıya uçmaq qərarına gələndə pilot güclü zərbə vurulduğunu bildirib.
Düzdür, əvvəlcə o qərara gəlib ki, təyyarə quş sürüsü ilə toqquşub. Daha sonra təyyarənin idarəediciləri və hidravlikası sıradan çıxmağa başlayıb.
Stenoqramdan çıxarışların tərcüməsini qısa müddətdə nəzərinizə çatdıracağıq...
S.Laçın