Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlara başlamasının 4 il müddətinə dayandırılmasına qarşı nümayişlər 28-ci gündə də davam edib.Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərindən sonra başlayan və hökumətin 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını dayandırmasından sonra artan etirazlar paytaxt Tbilisidə davam edir.Gün ərzində Tbilisinin müxtəlif küçələrində yürüş edən nümayişçilər, əvvəlki günlərdə olduğu kimi, gecə saatlarında da parlamentin qarşısına toplaşıblar.Nümayişçilər binanın qarşısındakı Şota Rustaveli küçəsini nəqliyyatın hərəkətinə bağlayaraq, Gürcüstan və Avropa İttifaqının bayraqları daşıyıblar.Nümayişçilər həmçinin hökumətə parlament seçkilərini yeniləmək çağırışlarını təkrarlayıblar.Bu arada könüllülər də isti içkilər və yeməklər təklif edərək nümayişçilərə dəstək olublar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta