AZ

3 min ildən çox əvvəl çəkilmiş yolun hissəsiı tapılıb

Çin arxeoloqları Henan əyalətinin Anyang şəhərində (Çinin mərkəzi bölgəsi) 3 min ildən çox əvvəl çəkilmiş yolun qalıqlarını aşkar ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, marşrut şimaldan cənuba olub. Qədim dövrlərdə onun boyunca bir xəndək də qazılıb, onun qorunub saxlanmış hissəsi uzunluğu 1,6 km-ə çatır.
Mütəxəssislərin qeyd etdiyi kimi, bu, Şanq əyalətinin paytaxtı Yin şəhərinin (e.ə. 1600-1046) magistral yollarının indiyədək aşkar edilmiş qazıntılardan ən uzunudur.

Aşkar edilmiş yol şimaldan cənuba bir-birinə paralel uzanan üç əsas nəqliyyat arteriyasından biri idi.
Onları şərqdən qərbə çəkilmiş üç əsas yol keçirdi.///tass

Seçilən
7
1
ucnoqta.az

2Mənbələr