Bakı, TurkicWorld
Türkiyə Səfirliyi Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzası ilə bağlı bayraqları yarıya endirib
TurkicWorld xəbər verir ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində və şəhid məzarlıqlarında bayraqlar yarıya qədər endirilib.
Türkiyə səfirliyindən verilən açıqlamada, qəza nəticəsində həyatını itirənlərin xatirəsinin hörmətlə yad edilib , qurbanların ailələrinə başsağlığı verilib və Azərbaycan xalqının dərdinə şərik olunduğu vurğulanıb.
"Bu ağır gündə dost və qardaş Azərbaycanın yanındayıq," – deyə bəyanatda qeyd olunub.