Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, özbəkistanlı nazir ötən gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhəri yaxınlığında uğradığı faciəvi qəza ilə əlaqədar Özbəkistan dövləti və xalqı adından başsağlığı verib. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.