AZ

Təyyarə qəzası qurbanları Xankəndidə bir dəqiqəlik sükutla anıldı (FOTO)

Xankəndi. Trend:

"Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarəninQazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlakolanlarn əziz xatirəsi dekabrın 26-da saat 12:00-da ölkəmizin bütünərazisində olduğu kimi, Xankəndi şəhərində də bir dəqiqəlik sükutlayad olunub.

Trend xəbərverir ki, nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, dövlətbayraqları yarıyadək endirilib.

Baş vermiş faciə ilə əlaqədar olaraq Xankəndi şəhərində dekabrın26-da keçirilməsi nəzərdə tutulan "Qış nağılı" yarmarkasıqeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.

Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Seçilən
5
47
az.trend.az

10Mənbələr