Rusiyada rüşvət ittihamı ilə artıq həbsdə olan Rusiya əsilli ABŞ vətəndaşı casusluq ittihamı ilə ikinci dəfə 15 il həbs cəzasına məhkum edilib.
Moskva məhkəməsi 2023-cü ilin avqustunda Yevgeni Spektora qarşı casusluq ittihamı irəli sürüb. İşlə bağlı təfərrüatlar açıqlanmayıb.
ABŞ Dövlət Departamenti Rusiyada ABŞ vətəndaşına hökm oxunmasından xəbərdar olduğunu və vəziyyəti izlədiyini bildirib.
Əvvəllər Rusiyada tibbi avadanlıqlar şirkətinin rəhbəri olan Spektor daha əvvəl 2022-ci ilin sentyabrında keçmiş baş nazirin müavini Arkadi Dvorkoviçin köməkçisinə rüşvət verməkdə ittiham olunaraq üç ildən çox müddətə azadlıqdan məhrum edilib. Köməkçi Anastasiya Alekseyeva aprel ayında iki bahalı xaricə məzuniyyət səfərində rüşvət aldığına görə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Dvorkoviç 2012-2018-ci illərdə Dmitri Medvedevin dövründə baş nazirin müavini olub. Hazırda o, FİDE beynəlxalq şahmat federasiyasının rəhbəridir.
visiontv.az