Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm vəinnovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova,Türkiyənin Yıldız Texniki Universitetində (YTU) bir sıra mühimgörüş keçirib. Səfər çərçivəsində professor Nigar Aslanova, YTU-nunrektoru professor Eyyub Debiklə görüşərək ikitərəfli əlaqələringücləndirilməsi, elmi tədqiqat və innovasiya sahələrində əməkdaşlıqimkanlarını müzakirə ediblər.
Görüşdə, AzMİU və YTU arasında qarşılıqlı faydalı əməkdaşlığıninkişaf etdirilməsi, həmçinin universitetlər arasında elmitədqiqatların təşviq edilməsi məqsədilə birgə layihələrin həyatakeçirilməsi məsələləri gündəmə gətirilib. İki universitetinalimləri arasında təcrübə mübadiləsinin artırılması, elmifəaliyyətlərin daha da zənginləşdirilməsi istiqamətində müzakirələraparılıb.
Prorektor Nigar Aslanovanın, YTU-nun Fənn ədəbiyyat fakültəsindəvə fakültənin Riyaziyyat kafedrasında da bir sıra görüşlərikeçirilib. Bu görüşlərdə AzMİU və YTU-nun doktorantları üçün birgəelmi rəhbərlik imkanları müzakirə olunub. Bu cür əməkdaşlıq,tədqiqatçılar arasında birgə elmi layihələrin həyata keçirilməsi,yeni elmi araşdırmaların aparılması baxımından böyük əhəmiyyət kəsbetdiyi qeyd olunub.
Bundan əlavə, Riyaziyyat kafedrasında keçirilən elmi seminardaprofessor Nigar Aslanova elmi məruzə ilə çıxış edib. Aktual riyaziməsələlərin həllinə həsr olunan seminarda kafedranınprofessor-müəllim heyəti və tələbələr iştirak ediblər. Seminarınsonunda iştirakçılar, mövzu ilə bağlı suallarını verərək, professorNigar Aslanovadan ətraflı cavablar alıblar.
Qeyd edək ki, AzMİU prorektorunun YTU-ya səfəri, universitetinbeynəlxalq elmi əməkdaşlığını daha da gücləndirmək, eləcə də elm vəinnovasiya sahəsində yeni tərəfdaşlıqların yaradılması baxımındanəhəmiyyətli addım olub. Bu əməkdaşlığın həm AzMİU-nun, həm dəümumilikdə Azərbaycan elminin potensialını, elmi tədqiqatlarınkefiyyətini artıracağı gözlənilir.