“İran 2020-ci ilin yanvarında Ukraynaya məxsus mülki təyyarəni raketlə vurduqda olayı “təbii fəlakət” kimi qiymətləndirmişdi. Ancaq Tehran buna kimisə inandırmayacağını anladıqdan sonra Ukraynaya məxsus sərnişin təyyarəsini “bilmədən” vurduğunu bəyan etmək məcburiyyətində qaldı. İranın keçmiş Prezidenti Həsən Ruhani “raketlər insan səhvi nəticəsində atılıb” deyə açıqlama verdi”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Bakı-Qroznı təyyarəsinin Rusiyanın hava müdafiə sistemləri tərəfindən vurulduğu versiyası güclənib.
AÇIQLAMA + FOTO 2" src="https://cdn.medianews.az/2024/12/a4f59e00-c2a4-11ef-a0f2-fd81ae5962f4.jpg-1-375x217.webp" sizes="(max-width: 1516px) 100vw, 1516px" srcset="//cdn.medianews.az/2024/12/a4f59e00-c2a4-11ef-a0f2-fd81ae5962f4.jpg-1-375x217.webp 375w, //cdn.medianews.az/2024/12/a4f59e00-c2a4-11ef-a0f2-fd81ae5962f4.jpg-1-125x72.webp 125w, //cdn.medianews.az/2024/12/a4f59e00-c2a4-11ef-a0f2-fd81ae5962f4.jpg-1.webp 640w" alt="“Təyyarədəki mərmi izlərinə aydınlıq gətirilməlidir” - AÇIQLAMA + FOTO" width="1516" height="877" data-pin-no-hover="true" />Politoloqun qənaətincə, bu halda Moskva da Tehran kimi bir müddət təyyarənin vurulduğunu inkar etməyə çalışa bilər: “Onlar məsuliyyətdən yayınmağa çalışacaqlar. Məhz buna görə də Kremlə bağlı informasiya mərkəzləri təyyarənin qəzaya uğradığı ilk saatlarda iki “xəbər” yaydılar – “təyyarə quş sürüsü ilə toqquşub” və “təyyarəyə Ukrayna dronları dəyib”. Bu xəbərləri yayan mərkəzlər diqqəti Rusiyadan yayındırmağa çalışırdılar. Ancaq Moskva təyyarədə mərmi izlərinə aydınlıq gətirmək məcburiyyətindədir. O da aydınlıq gətirməlidirlər ki, təyyarənin Qroznı ilə yanaşı, yaxınlıqdakı Mahaçqaladakı hava limanına enişinə niyə icazə verilməyib? Təyyarə niyə Xəzərin o biri sahilinə uçmaq məcburiyyətində qalıb?”
AÇIQLAMA + FOTO 3" src="https://cdn.medianews.az/2024/12/kqxdpqxmlrpu1sczrivyby58dvcgn0zlcxu6kqb5_640-375x234.webp" sizes="(max-width: 1441px) 100vw, 1441px" srcset="//cdn.medianews.az/2024/12/kqxdpqxmlrpu1sczrivyby58dvcgn0zlcxu6kqb5_640-375x234.webp 375w, //cdn.medianews.az/2024/12/kqxdpqxmlrpu1sczrivyby58dvcgn0zlcxu6kqb5_640-125x78.webp 125w, //cdn.medianews.az/2024/12/kqxdpqxmlrpu1sczrivyby58dvcgn0zlcxu6kqb5_640.webp 640w" alt="“Təyyarədəki mərmi izlərinə aydınlıq gətirilməlidir” - AÇIQLAMA + FOTO" width="1441" height="899" data-pin-no-hover="true" />E.Şahinoğlu xatırladıb ki, 2015-ci ildə Rusiyaya bağlı Donbas separatçıları Niderlanddan Malayziyaya uçan sərnişin təyyarəsini də raketlə vurublar: “Moskva bu günə qədər məsuliyyətin Rusiya və separatçılar üzərində olduğunu etiraf etməyib. Halbuki, separatçıların mülki təyyarəni Rusiyaya məxsus “Buk” tipli raketlə vurulduğu illər öncə sübut olunub. Görünür, Moskvada düşünürlər ki, Bakı-Qroznı təyyarəsinin raketlə vurulduğunu etiraf etsələr, bu 2015-ci ildəki qəzanın da Rusiya raketi ilə vurulduğunun etirafı olacaq”.
AÇIQLAMA + FOTO 4" src="https://cdn.medianews.az/2024/12/photo-1735118613-375x250.jpg" sizes="(max-width: 1727px) 100vw, 1727px" srcset="//cdn.medianews.az/2024/12/photo-1735118613-375x250.jpg 375w, //cdn.medianews.az/2024/12/photo-1735118613-125x83.jpg 125w, //cdn.medianews.az/2024/12/photo-1735118613.jpg 700w" alt="“Təyyarədəki mərmi izlərinə aydınlıq gətirilməlidir” - AÇIQLAMA + FOTO" width="1727" height="1151" data-pin-no-hover="true" />Xatırladaq ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 35 nəfəri həyatını itirib, 32 sərnişin isə sağ qalıb. İlkin səsləndirilən versiya kimi təyyarənin quş sürüsü ilə toqquşması göstərilib.