AZ

“Özümüz günahkarıq”

“Yeni baş məşqçinin gəlişini ilə komandada müsbət dəyişiklər olub”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev deyib.

28 yaşlı futbolçu Vasili Berezutskinin təyinatı haqda aşağıdakıları söyləyib:

“Bu, hamıya aydındır. Komandada ab-hava əladır. Berezutskinin təyinatından sonra ardıcıl bir neçə matçda yaxşı nəticələr qazandıq.

Lakin təəssüf ki, yalnız son turda uduzduq. Niyə belə alındığını bilmirəm.

Bəlkə də konsentrasiya çatmadı. Çünki qapımızda çox asanlıqla qollar gördük. Məğlubiyyətə görə özümüz günahkarıq”.

Seçilən
17
sportinfo.az

1Mənbələr