AZ

Çin: ABŞ-nin müdafiə büdcəsi layihəsi sabitliyi təhdid edir

"ABŞ-nin rekord qıran hərbi xərcləri nəzərdə tutan müdafiə büdcəsi təklifi qlobal sabitliyi təhdid edir". 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq deyib.

Onun sözlərinə görə, ABŞ bu sənədlə Çin hərbi təhdidini təbliğ edir və Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir:

"ABŞ-nin bu layihəsi Çini hərbi təhdid edir. Çin heç vaxt kiməsə meydan oxumaq niyyətində deyil və “ABŞ-ın ən böyük düşməni elə özüdür. Birləşmiş Ştatlar hərbi xərclərə görə dünyada birinci yerdədir və hər il hərbi-sənaye kompleksinə sərmayələrini artırır. Bu, onun müharibədən asılılığını və hegemon ekspansiyasının əsl mahiyyətini tam nümayiş etdirir.  2001-ci ildən bəri ABŞ-nin başlatdığı hərbi əməliyyatlar yüz minlərlə insanın ölümünə səbəb olub, milyonlarla insan yaralanıb, on milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb". 

Gülşən Şərif

Seçilən
7
bakivaxti.az

1Mənbələr