AZ

Hökümənin təhsil HƏYATI - Arzusunu reallaşdıra bilmədi...

Dünən Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub. Onlardan biri də stüardessa Hökümə Əliyevadır. 

AzEdu.az-ın məlumatına əsasən, Hökümə Əliyeva Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Sonrakı illərdə Rusiyaya köçdükləri üçün o, Volqoqrad şəhərində birinci sinfə başlayıb.

 

Bir müddət Rusiyada oxuduqdan sonra təhsilini Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbdə davam etdirib. Məzun olduğu il o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 612 bal toplayaraq daxil olub. 

 

Hökümə təkcə bakalavr pilləsi ilə yekunlaşmayıb, magistratura pilləsinə daxil olub. Sonra isə doktorantura dərəcəsi alıb. O, bir neçə xarici dil bilirmiş.

 

Hüquq fakültəsi məzunu olmasına baxmayaraq onun xarici dil biliyi yaxşı səviyyədə olub. Buna görə də 2016-cı ildə AZAL-da tərcüməçilik fəaliyyəti ilə məşğul olub, sonra isə stüardessa kimi fəaliyyətini davam etdirib.

 

Onun məqsədi AZAL-da hüquqşünas kimi çalışmaq olub. Yaxın günlərdə bu məqsədini həyata keçirəcəkmiş...

 

Yaxınlarının sözlərinə görə Hökümənin intellektual səviyyəsi çox güclü olub. O, imtahana bir neçə saat qalmış hazırlaşmaqla yüksək nəticələr əldə edirmiş. 

 

Son uçuşunda dediyi "Hər şey yaxşı olacaq" ifadəsindən də bəllidir ki, o çox pozitif insan olub. 

 

Allah rəhmət eləsin!

 

 

Seçilən
20
azedu.az

1Mənbələr