Ötən gün baş verən təyyarə qəzasında həlak olan bələdçi Hökümə Əliyeva Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 612 bal toplayaraq daxil olubmuş. O, daha sonra təhsilinin magistr və doktorantura pillələrini də tamamlayıb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi yazıb.
“2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başladı, sonra stüardessa kimi fəaliyyət göstərdi. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi, işə götürülmüşdü, bu onun son uçuşları idi”, - məlumat qeyd olunub.