AZ

"UNEC-də günəş enerjisi effektivliyini artıran qurğu hazırlandı" - rektor / FOTOLAR

UNEC rektoru Ədalət Muradov ali təhsil müəssisəsinin yenilikləri barədə məlumat verib. Onun sözlərinə görə, UNEC-də virtual öyrənmə və simulyasiya laboratoriyası istifadəyə verilib. Bu laboratoriya tələbələrin müasir texnologiyalarla tanış olmasına və innovativ biliklər əldə etməsinə imkan yaradacaq.

QHT.az xəbər verir ki, eyni zamanda, günəş panellərinin səmərəliliyini artırmaq məqsədilə mikrokontrollerli izləyici qurğusu layihələndirilib və prototipi hazırlanıb. Ədalət Muradov bildirib ki, cihazın əsas xüsusiyyəti müəyyən edilmiş alqoritm əsasında proqramlaşdırılmış idarəetmə dövrəsi ilə günəş panelinin enerji istehsalı effektivliyini maksimum səviyyəyə çatdırmaqdır. Bunun üçün qurğu günəş panelinin vəziyyətini avtomatik rejimdə dəyişdirə bilir.

Müasir tələblərə uyğun olaraq hazırlanan bu sistem həm stasionar, həm də mobil rejimdə quraşdırılmaq üçün nəzərdə tutulub. UNEC-in bu sahədəki uğurları təhsil ocağının innovasiyalara əsaslanan yanaşmasını bir daha təsdiqləyir.

Rektor Ədalət Muradov təhsil müəssisəsinin bu istiqamətdə fəaliyyətinin uğurla davam edəcəyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
9
qht.az

1Mənbələr