"Mərhum kapitan çox təcrübəli idi. Sosial şəbəkələrdə pilota qarşı qınaqlar edilir. Heç kim bilmir ki, pilotların peşəkarlığı olmasa idi, nəticə daha betər ola bilərdi. Pilotlar orada əllərindən gələni ediblər".
Bu sözləri Avtosfer.az-a açıqlamasında mərhum stüardessa Hökümə Əliyevanın iş yoldaşı Günel İbrahimli deyib.
"Bu böyük bir möcüzədir ki, 67 sərnişindən 30-dan çoxu qəzadan sağ çıxıb. Oradan heç kim sağ çıxmaya da bilərdi".